Üz üçün 7-i rəngli işıq diodlu LED–maska

  • Mövcudluq:  Нет в наличии
  • Model:  2560
  • 2560
Xarakteristikalar
Əsas
  • Зарядка USB
  • Material PS
  • Proqram sayı 6
  • Zəmanət 6 ay
  • Baqlama Hədiyyəli
Baxmaq

145.00₼
   


Ödəniş
Visa / MasterCard, Nəğd
Çatdırılma
Kuryer ilə 1 saat ərzində, Pulsuz!
100% keyfiyyətli və zəmanətli mal
Hədiyyəli və brendli bağlama

Bu nədir?

Üz üçün işıq diodlu LED-masksı estetik kosmetologiyadaən ümidverici trendir.

Bu unikal cihaz tibb və kosmetologiya sahəsində 35 illik müvəffəqiyətli innovasiyalar təcrübəsi olan alimlərin işləyib hazırladığı qabaqcıl apparatdır.

Işıqla müalicə üz və bədənə qulluğun dərinin təbii hüceyrəvi təzələnmə və bərpası proseslərinin aktivləşdirilməsi üçün dar zolaqlı, qeyri-istilik işıq enerjisindən istifadə edən qeyri-invaziv metodudur.

Kliniki sübut olunmuş işıqlandiran dioddan (LED) istifadə edərək fotodinamik terapiya dərinin ümumi problemlərinin dərinin qocalması və aknenin müalicəsi daxil olmaqla geniş dairəsi üçün əla nəticəni təmin edir. Fotodinamik terapiya həmçinin hiper həssas və reaktiv, habelə rozasea, piqmentasiya, iltihablı xəstəlikləri (ekzema, dermatit, psoriaz) olan dərinin müalicəsini təmin edir.

Bu necə işləyir?

LED-işığının təsiri altında metaxondrilərin bayır membranında hidrogen ionlarının düşküsü güclənir, bu, əsasən, Kreb siklində hidrogen atomlarının və bu atoma uyğun elektronların daşınması zamanı baş verir. Nəticədə bayır membran müsbətlə, daxili membran mənfi ilə dolur (yüklənir), enerji membran potensialı elektronların konsentrasiyasının düşküsünə görə ATF sintezinə xərclənir. Metoxondrilər canlı molekulyar elektrik stansiyasıdır. Krebs sikli tam kimyavi reaksiya zənciridir. Hüceyrədə zülal, qlikogen, qlyukozaminoqlikanların sintezi yüklənir, BEGF və EGF yuksəlməsi faktoru stimullaşdırılır. Kollagen və elastin liflərinin sintezi, milanin blokada olunur, hüceyrələrin artması və differensiyası yüksəlir, fibroz toxuma sağlam kollagenlə əvəz  olunmağa başlayır, zədələnmiş zonalarda mikrosirkulyator məcra damarların artmasının stimulyasiyası. LED-işığın təsiri altında zədələnmiş hüceyrə membranı bərpa olunur, hqceyrələrin artımı sürətlənir. Dərinin qocalma, xəstəliy və ya travma prosesləri

nəticəsində sağlam hüceyrələr təhlükəyə məruz qalır və normal bərpa ola bilmirlər.

 

Dəri işığin (rəngin) müəyyən uzunluqda dalğalarıni udma və terapevtik effekti əldə etmək məqsədi ilə spesefik hüceyrə funksiyalarının aktivləşdirilməsi üçün onları enerji mənbəyi kimi istifadə etmə qabiliyyətinə malikdir. İşıq terapiyası hüceyrələri yenidən yükləmək, onları aktivləşirmək, tez bərpa etmək və cavanlaşdırmaq üçün bu ayrı-ayrı uzunluqlu dalğaları yenidən yarada bilir.

Işıq diodlu işıqterapiyası ilə müvəffəqiyyətli müalicə kliniki sübut olunmuş spesefik hüceyrə reaksiyalarını həyata keçirmək imkanı verən dalğa uzunluqlarının istifadəsi ilə müəyyən edilir.

Mahiyyəti – müalicəvi və qidalandırıcı vasitələrin dərinin dərin qatlarına çatdırılması, prosedurun həyata keçirilməsi nəticəsində kosmetik vasitələr işıqdiodlu işıq LED-in işıq dalğalarının köməyi ilə çatdırılır. İşığın təsiri altında dərinin üst qatlarında və hüceyrə membranlarında mikroməsamələrin müvəqqəti olaraq açılması, bunun hesabına dərinin üzərinə çəkilmiş preparatların aktiv inqridiyentlərinin nəql edilməsi baş verir.

İŞIQ TERAPİYASINDA İŞIQ SPEKTORU NƏDİR?

Dəri ən böyük qəbul etmə orqanıdır. İşığın 80%-ni dəri mənimsəyir, və işıq impulsunun yalnız 20%-i beyinə görmə siniri vasitəsiylə daxil olur. Dalğanın uzunluğundan asılı olaraq müxtəlif rənglırin işığı aşağıdakı təsirləri göstərərək dərinin içinə 30mm-ə qədər dərinə daxil ola bilir.

QIRMIZI (628-780нм): ən güclülərdən biri.

Stimulyasiyaya ehtiyacı olan yetkin dəri üçün optimal müalicə. Metabolizm və qan dövranının gözə çarpacaq dərəcədə yaxşılaşması. Təbii hidratasiya səviyyəsini yüksəldir və dəridə suyun saxlanmasına yardım edir, həmçinin qızartı və iltihabı azaldaraq sakitləşdirici effekti də mövcuddur. LED işıq terapiyası məsamələri effektiv daraldır, dəri piyinin hasilini nizama salır və qan dövranını yaxşılaşdırır. Qırmızı işıq həmçinin rozaseanın müalicəsi üçün tibbi attestassiyanı keçib. Ilk prosedurdan sonra dərhal nəzərə çarpan nəticəni təmin edir: dəri saqlam gözəlliyi ilə daha düz, nəmlənmiş və hamar olur. Epidermisə udularaq 2,5mm dərinliyə bioloji toxumalara keçir. Azalan enerjinin təqribən 30%-i dəri altı piy toxumasına qədər çatır.

YAŞIL (496-566нм): sakitləşirici, harmonizasiya edici təsir göstərir, dəri balansını bərpa edir.

Qıcıqlanmış, həssas və eritemaya meylli dəri üçün ideal uyğun gəlir. Desensibilizasiya üçün allergiyanin profilaktikası. Dəri immunitetini və metabolizmi artırır. Zədələyici prosedurlardan sonra istifadə etmək olar. Həmçinin yaşla əlaqədar dəyişikliklərin profilaktikası üçün də uyğundur (xırda qırışlari olan müştərilər üçün). Damar dəyişiklikləri olan (kuperoz) dəri üçün ideal uyğun gəlir. Adi gedən işıq hər örtrüyün hüceyrələrinə reparativ funksiyanı stimullaşdıran və aktivləşdirən enerji ötürür.

GÖY (421-495нм): iltihab əleyhinə, sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malikdir. Problemi, iltihabı və qıcıqlandırılmış dəri üçün tam uyğundur. Göy işıq akne və iltihabsız problemli dəri üçün çox güclü antibakterial xüsusiyyətlərə malikdir. Göy işığın təsiri aknenin müalicəsi üçün xüsusi effektiv vasitədir, çünki o, akne propion bakteriyası ilə mübarizə aparır və onun digər müalicə növlərinə, antibiotiklarla terapiyaya, əl əxsus tünd və yeniyetmə dərisi üçün reaksiya verməyən müştərilər üçün effektiv alternativ  müalicədir. Aknenin göy işıqla müalicəsi gələcəydə dəridə səpmə və bakterial infeksiyanın əmələ gəlməsinin qarşısını çox gozəl alır. Göy işıq günəş işığı ilə bağlı bütün antibakterial üstünlükləri təmin  edir, lakin zərərli və məhvedici UB-şüalarsız.

SARI (567-589нм): limfodrenaj və qan dövranını stimullaşdırır. Yağlı, kombinasiya olunmuş, iriməsaməli, həssas dəriyə qulluq üçün istifadə edilir. İltihaba qarşı, antiseptik, göbələyəleyhinə təsirə malikdir. Üz rəngini yaxşılaşdırır və dərini oksigenlə zənginləşdirir. Şiş dəri üçün  ideal uyğun gəlir, həmçinin şiş və hədəqə zonasında qaraltılar olan dəri üçün uyğundur. Limfa durğunluğu və toxumaların hipoksiyası zamanı istifadə edilir, dəriyə antistress təsiri göstərir.

MAVİ (470нм): hiper həssas və quru dəriyə qulluq zamanı istifadə edilir. Müalicəvi təsir göstərərək dərini yumuşaldır, nəmləndirir, sakitləşdirir, vaxtından qabaq qocalmanın sürətini azaldır. Solğun, susuzlaşmış dəriyə təsir göstərir. Dəridə suyun uzun müddət saxlanmasını təmin edir, kollagen sintezini stimullaşdırır.  Az qabıq verməyə meylli dəri üçün ideal uyğun gəlir. Relaks edici kimi də istifadə edilir.

AĞ (510-810нм): antistress və effektin guclənməsi. Ağ işıq güclü detoksikasiya təsiri göstərir, qalxanvarı vəzinin fəalikyyəti pozulmuş müştərilərlə istifadədə təhlükəsizdir, həmçinin prosedur effektini yaxşılaşdırmağına və müsbət nəticə verdiyinə görə hər hansı bir kosmetoloji prosedur zamanı faydalıdır. Sakitləşdirici və canlandırıcı təsirə malikdir. Yaxşı keçiricidir.

BƏNÖVŞƏYİ (380-420нм): piy azaldıcı effekt göstərir, zəhərli maddələri xaric edir, sakitləşdirici təsirə malikdir, dəridə yara yerlərinin əmələ gəlməsini azaldır. Bürüşdürücü təsiri var, turqor və tonusu dərpa edir. Genişlənmiş məsaməli və iltihab elementləri olan solğun yaşlı dəri üçün məsləhət görülür.

Işıq dalğası nə qədər uzun olsa, o qədər də şüa dərinə keçir.  

 

NƏTİCƏLƏR VƏ TƏHLÜKƏSİZLİK

Fotoinamik terapiya metodu qısa müddətdə təsirə və nəzərəcarpan nəticələrə malikdir. Işıq terapiyası yorğun və solğun dərini dərhal canlandırır. Yalnız bir prosedurdan sonra dəri nəzərə çarpacaq dərəcədə nəmlənmiş, hamar və parlaq olur. Qızartı və qıcıqlanmaların ifadə olunması azalır. Korreksiya proseduru kursu dərinin zahiri görünüşü və sağlamlığının yaxşılaşmasının əhəmiyyətli və uzun müddıtli nəticələrini təmin edir. LED-işıq terapiyası istilik təsiri göstərmir, yalnız  tərkibində zərərli ultrabənövşəyi və infraqırmızı şüalar olmayan və buna görə də dəri toxumalarına ziyan verə bilməyən işıq spektorundan istifadə edir.

  1. Hər növ dərinin, o cümlədən, ən həssas dərinin müalicəsində qeyd etdiyimiz metodun təhlükəsizliyi bir sıra kliniki tədqiqatlara sübut edilmişdir.
  2. LED-terapiya işığa həssaslıq yaratmır, bu üzdən də ilin hər mövsümündə təhlükəsizdir və günəş altında olduqdan öncə və sonra aparıla bilər.
  3. Meto qıcıqlanma və ya digər əlavə effektlərin riskini istisna edir, bu da daha intensiv prosedurlara xasdır.
  4. Işıq dinamik terapiya təhlükəsiz, səmərəli və sadədir.

Ilk nəticələr 2–3 seansdan sonra nəzərə çarpır.

Dərinin dəyişməsi tədricə baş verir, və terapiyadan sonra kollagen formalaşdıqca bir neçə ay davam edir.

HƏFTƏDƏ 2 DƏFƏ CƏMİ 8 PROSEDUR DƏRİDƏ HƏR HANSI PROSESİ 72% YAXŞILAŞDIRIR – CAVANLAŞMA VƏ AKNE İLƏ MÜBARİZƏDƏN TUTARAQ CİLALANMA VƏ PLASTİK ƏMƏLİYYATDAN SONRA REABİLİTASİYAYA QƏDƏR.

LED terapiyanı digər inyeksiya və apparatlı kosmetoloji metodlarla uyğunlaşdirdiqda daha yaxşı  nəticələr ələ edilir.

Əsas
Зарядка USB
Material PS
Proqram sayı 6
Zəmanət 6 ay
Baqlama Hədiyyəli
Çatdırılma Pulsuz
Şərh yaz
Qeyd: HTML etiketləri işləmir!
  • LED lampası makiyajsız və yaxşıca təmizlənmiş üzdən və ya təmizlənən zonadan bir neçə santimetr aralıda yerləşdirilir.
  • Seansın sürəkliyi, işığın intensivliyi və rəngi terapiyanın protokolundan asılıdır
  • Prosedur tam ağrısızdır. Bütün təmizləmə perimetri boyu yalnız istilik hiss olunur.
  • Seans zamanı gözlər müdafiə olunmalıdır.

1-ci seansın müddəti

  • 20 dəqiqədən 30 əqiqəyədək, qulluq prosedurlarında istifadə edildikdə.
  • 10 dəqiqədən 20 dəqiqəyədək, pilinq və mezoterapiya prosedurlarında istifadə edilikdə.
  • 30 dəqiqədən 40 dəqiqəyədək, prosedurda yalnız LED-maskası istifadə edildikdə.

Biz 4–6 həftə arzində həftədə 1–2 seans, 4 ay arzində ayda 1 seans məsləhət görürük.

Qey olunan seansların müddəti həlbəttə yalnız informativ xarakter daşıyır və terapevtik problemdən asılı olaraq dəyişə bilər.

Etiketlər: Üz üçün 7-i rəngli işıq diodlu LED–maska